Kamran müəllim yazır...



 

Elm və Təhsil Nazirliyinin yalnız bir mühüm və əsas sturukturunda – Bakı Şəhəri üzrə Təhsil idarəsində karyera inkişafı nümunəsini nəzərdən keçirək və bu təhsil sistemindəki mövcud vəziyyəti tam xarakterizə edəcək.

Məktəb direktoru işləyən Mehriban Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müdir gətirilir. O məktəbdə müavini olmuş və müxtəlif özəl kurslarda çalışmış Anar Mustafazadəni idarənin Keyfiyyətə nəzarət sektoruna müdir gətirir. Hansısa “Evrika” adlı özəl bağçada metodist işləyən Günay Qurbanova idarəsinin İnkişaf layihələri sektorunun müdiri təyin edilir. Bir-neçə il məktəbdə müəllim işləmiş İlkin Həsənov nazirliyin tenderlərinin qazanamq üçün yaradılan özəl “Təhsil İnkişaf Mərkəzi”nin müavinliyindən dolayısı ilə BŞTİ-nin nəzdindəki Təlimə Dəstək Mərkəzinə müdir təyin edilir.

Bir vaxtlar Mehriban Vəliyevanın işlədiyi məktəbdə onun müavini işləyən Zaur Balaqadaşov Təlimə Dəstək Mərkəzinin direktor müavini təyin edilir. “Çağ öyrətim” şirkətinin məktəbində müəllim işləyən Turan Zəkəriyəyeva isə Təlimə Dəstək Mərkəzinin digər direktor müavini təyin edilir. Bu gün isə “İstək” liseylərinin direktoru olmuş Anar Məmmədov BŞTİ-nin müdir müavini vəzifəsinə təyin edilib. Saydıqlarımız BŞTİ daxilində məmur tərəfindən keçmiş məktəb və kurs yoldaşlarını idarədə yüksək vəzifələrə təyin edilməsinə kiçik bir nümunədir.

İndi görün bunlar öz rəfiqələrindən, dostlarından, tanışlarından və qohumlarından neçə nəfərini digər vəzifələrə, məktəb direktorluğuna və direktor müavinliyinə təyin ediblər! İdarənin eyni yolla vəzifəyə gələn digər müavinləri və sektor müdirlərinin də oxşar fəaliyyətləri ilə bağlı isə heç danışmağa dəyməz. Təyinatlar zamanı bu dövlət qulluğu vəzifələrinin heç birinin vakansiyaya verilməməsi və təyin edilənlərin heç birinin DİM-in müsabiqəsindən keçməməsi diqqəti cəlb edir.

Bax, bu gün təhsil sistemində karyera inkişafı budur: Yüzlərlə məktəbi idarə etməli olan bir dövlət qurumunu əvvəllər işlədiyi məktəbin və ya hansısa kursun səviyyəsinə endirmək. Eynən Tanrının yer kürəsini yumurtanın içinə salmağı bacarıb-bacarmadağı dilemması kimi bir şey.

"SeherXeber.org"