Bu tarixdən ictimai işlər portalı tətbiq olunacaq



 

“Gələn ilin yanvar ayından ictimai işlər portalı tərbiq oluna bilər”.

SeherXeber.org ” xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, tətbiq vasitəsilə haqqı ödənilən ictimai işlərin təşkili üzrə bütün tərəflərin fəaliyyətinin vahid platformadan idarə edilməsi mümkün olacaq: "İşsiz şəxslərin təhkim bildirişlərinin elektron şəkildə formalaşdırılması, əmək haqlarının portal vasitəsi ilə elektron qaydada ödənilməsinin tənzimlənməsi də portal vasitəsilə həyata keçiriləcək".

Agentlik sədri tətbiq üzərində işlərin artıq yekunlaşdığını deyib.