Aztelekom 85 milyonu necə aldı və bu nələri dəyişəcək?



 

Osman Gündüz:

Əvvəllər hesabatlılığı çox zəif olan Aztelekom ciddi bir qurumdan 85 milyonu necə ala bildi və bu nələri dəyişəcək ?
Ötən gün məlumat verildi ki, Aztelekom ölkə üzrə fiber optik intenet infrastruktur qurmaq üçün Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) 85 milyon manat kredit alıb.
Çox ciddi bir hadisədir.
RİNN üçün bu vəsait olduqca vacib idi. Son iki ildə az qala 5 ildə görüləndən daha çox iş görülməsinə, daha çox ərazidə internet infrastruktur qurulmasına baxmayaraq, soz zamanlar sosial mediada yazılanlardan da hiss olunurdu ki , işlər nisbətən səngiyib.
Əvvəllər 0.5 milyard manat vəsait ayrılması nəzərdə tutulan bu layihəni RİNN öz daxili resursları hesabına reallaşdırırdı. Resurs çatışmazlığı hiss olunurdu.
Belə bir anda RİNN-in 85 milyon əldə etməsi ciddi uğurdu.
Düşünürəm ki, bununla da RİNN-nin 2024-cü ilə ölkə üzrə keyfiyyətli internetə əlçatanlıq problemini bitirmək planı daha da reallaşmış olacaq.
Düşünürəm ki, ən qısa zamanda müşahidə edəcəyik ki, ölkə üzrə GPON çəkilişi bir neçə dəfə sürətlənəcək.
AYİB-in şərtləri kifayət qədər sərtdir, kredit verdiyi qurum hesabatlılıq, şəffaflıq və keyfiyyətlə bağlı yüzlərlə şərtlərə cavab verməlidir.
Görünür ki, RİNN rəhbərliyi ayrılan vəsaitin şəffaf və məqsədyönlü istifadə ediləcəyinə Avropa bankını inandıra bilib.
RİNN xeyli öncə Aztelekom və Baktelekom-un birləşdiriləcəyi və bundan dolayı hər iki qurumda ciddi islahatların aparıldığını bildirmişdi.
Görünür ki aparılan işlər nəticəsində Aztelekomda maliyyə sağlamlığı, hesabatlılıq, şəffaflıq sahəsində xeyli irəliləyişlər olub.
Xatırladıram ki, bir neçə illər öncə bu layihə üçün hökumətin 0.5 milyard manatın verilməsindən imtinası da həm də məhz şəffaflıq məsələləri ilə bağlı olmuşdu.
Bundan sonra tam əminliklə gözləmək olar ki, Aztelekom-da hesabatlılıq və şəffaflıq da xeyli yüksələcək.
Eyni zamanda Avropa bankının bu prosesə qoşulması da aparılan işlərə və keyfiyyətə nəzarətin artmasına, şəffaflığın daha da güclənməsinə şərait yaradacaq.
Bu baxımdan RİNN-nin AYİB-i də bu proseslərə cəlb etməsi təqdirəlayiqdir.
Düşünmək olar ki, elan olunacaq tenderlər həm də Avropa bamkının iştirakı ilə reallaşacaq. Bununla da bazara yeni oyunçuların, yeni subpodratçıların daxil olması üçün şərait yaranacaq.

SeherXeber.org