Bu şəxslərə xoş xəbər: ailə üzvləri, övladlarının təhsil haqqı dövlət tərəfindən ödəniləcək



 

“Sosial sığorta haqqında” və “Diplomatik xidmət haqqında” qanunlarına təklif edilən dəyişikliyə əsasən azərbaycanlı diplomatların ailə üzvlərinə işləməsə belə dövlət tərəfindən əməkhaqqının verilməsi,  övladlarının orta və ali təhsil alan zaman təhsil haqqının ödənilməsi  nəzərdə tutulur.

SeherXeber.org ” xəbər  verir ki, məsələ parlamentin  bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Məsələ barədə məlumat verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, qanuna edilən təklifə  Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna işə təyin olunan, habelə diplomatik nümayəndəliyində və ya konsulluğunda fəaliyyətini başa çatdırıb ölkəyə qayıdan diplomatik xidmət əməkdaşının və onunla birlikdə yaşayan ailə üzvlərinin (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar) müvafiq nəqliyyat xərcləri dövlət hesabına ödənilir.
Qanun layihəsinin 21.3-1 maddəsinə əsasən diplomatik nümayəndəliyinə və ya konsulluğuna işə təyin olunan diplomatik xidmət əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə birdəfəlik yerləşmə müavinəti ödənilir.

“21.6 maddəsinə nəzərdə tutulan dəyişikliyə əsasən diplomatik xidmət əməkdaşının ümumtəhsil məktəbində oxuyan ailə üzvlərinin təhsil haqqı dövlət tərəfindən ödənilir.

21.6-1. Diplomatik xidmət əməkdaşına onunla birlikdə yaşayan orta ixtisas və ali təhsilin bakalavr səviyyəsi üzrə əyani təhsil alan 23 yaşına qədər övladlarına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə təhsil müavinəti ödənilir.

21.6-2. Diplomatik xidmət əməkdaşına qəbul edən dövlətdə onunla birlikdə yaşayan, həmin dövlətdə və ya üçüncü dövlətdə əmək fəaliyyəti ilə məşğul olmayan ailə üzvlərinə (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar) görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə aylıq müavinət ödənilir.
21.7. Hərbi və ya mülki münaqişələr və yaxud təbii fəlakətlər və digər fövqəladə hallar baş verdikdə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və ya konsulluqlarının və onların heyətinin təhlükəsizliyi üçün qorxu yarandıqda, müvafiq icra hakimiyyəti orqanları diplomatik xidmət əməkdaşlarının və onlarla birlikdə yaşayan ailə üzvlərinin (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar) təhlükəsizliyinin təmin olunması və qorunması üçün zəruri tədbirlər görür”, - komitə  sədri qeyd edib.

O eyni zamanda əlavə edib ki, müharibə və silahlı münaqişə şəraitində olan xarici  dövlətlərdə fəaliyyət göstərən  diplomatlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə kompensasiya ödənilir. 

Deputat onu da bildirib ki, qanunun 23-cü maddəsinə nəzərdə tutulan dəyişiklikdə diplomatik nümayəndəliklərdə və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin yerləşdiyi dövlətin və onun müvafiq şəhərinin sosial-iqtisadi və maddi-məişət şəraitinə uyğun olaraq məvacib verilməsi nəzərdə tutulur.

Mürtəza
SeherXeber.org