"Onları insan saymıram" - Əməkdar artist
"Həmişə çalışmışam düz yaşayım. Nə qədər nail olmuşam dostlar, Allah bilər, o dünyada haqq-hesabda bilinlər. Amma mən çalışmışam. İndiyə qədər yadıma gəlmir ki, kiməsə bilərək pislik etmişəm. Bilməyərək ola bilər. Xasiyyətimdə kobud danışmaq olmasa da, sərt danışmaq var".
"SeherXeber.org" xəbər verir ki, bu sözləri "Əhməd haradadır" filmindən "sürücü Əhməd" kimi tanınan Əməkdar artist Elxan Qasımov "Açıq söhbət" verilişində qonaq olarlkən deyib.
"Xoşbəxt adamam ki, 53 yaşımda atamı itirdim. Onun 84 yaşı var idi. Anamı isə 93 yaşında itirdim. 2-3 il bundan qabaq anamın ayaqlarını yuyurdum, dünya mənim idi. Balaca bir kətil qoyub yuyurdum. Allah o şeyi mənə qismət elədi. Birinci valideynləri sevmək lazımdır. Bir də kimdəsə, kişidə qadına qarşı pis münasibət varsa, onu insan saymıram.
İnsanlar pul yığırlar ki, gedib Niaqara şəlaləsinə baxsınlar, Göygölə tamaşa etsinlər. Amma gözəl qadına baxmayasan, ondan zövq almayasan... Qadın ən xoşbəxt adamdır. Allah özünə heç vaxt şərik götürmür. Amma qadına götürür. Qadın hamilə olanda onun bətninə övlad salır və 9 ay onunla şərik olurlar. Ona görə də qadına hörmət etmək lazımdır" deyə, E.Qasımov bildirib.
O, atasını itirməyindən söz açıb:
"Atam vəsiyyət etmişdi ki, məni nəvələrim çiyinlərində aparsın. 5-i də götürdü, başqasını qoymadılar, hamı da bilirdi. Mən betərini gördüm. Amma bir təsəllim var ki, kişi itirdim".
Əməkdar artist müsahibəsi əsanasında xəyanətdən də söz açıb:
"İnsan ikinci dəfə də sevə bilər. Amma sevgi bir dənə olur. Məktəbdə, o cavan vaxtında əsirsən, o tərəfə baxa bilmirsən ki, bilərlər sən onu sevirsən. O uşaqlıq sevgisi başqadır. Amma əksər sevgilər alınmayanda o sevgi olur. Xəyanət mücərrəddir. Xəyanət niyə olur ki? Birgə yola çıxırlar, gedirlər-gəlirlər, sevgi yaranır. Xəyanətlə bağlı çox kinolar çəkilib, əsərlər yazılıb. Axırda öz ailəsi qalır. Sevgidə birinci hörmət olmalıdır. Ərlə-arvad arasındakı ünsiyyətdə hörmət yoxdursa, orada sevgi ola bilməz. Əgər insan sevgisiz yaşayırsa, o heç insan deyil".