Ukrayna Baş Qərargahı Rusiya qüvvələrinin itkilərini açıqladı



 

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 91 150 hərbçisi məhv edilib.

SeherXeber.org ” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 2 922 tank, 5 892 zirehli maşın, 1 573 operativ-taktiki PUA, 1 908 artilleriya sistemi, 395 reaktiv yaylım atəşi sistemi, 210 hava hücumundan müdafiə sistemi, 281 təyyarə, 16 gəmi, 263 helikopter, 531 qanadlı raket, 4 479 avtomobil və tanker, 163 xüsusi texnikadan ibarətdir.