Yaponiya və ABŞ əməkdaşlığı genişləndirir - 2023-cü ildən...



 

Yaponiya və ABŞ mövcud raketdən müdafiə sistemlərinin səmərəsiz olduğu yüksəkliklərdə hipersəs döyüş başlıqlarının qarşısını almaq üçün raket texnologiyası üzrə birgə tədqiqatları nəzərdən keçirəcəklər.

SeherXeber.org ” xəbər verir ki, bu barədə “Nikkei” qəzeti məlumat yayıb.

Söhbət xüsusilə 2023-cü ildən başlayaraq tutucular üçün iri raket mühərriklərinin və digər komponentlərin hazırlanmasından gedir. Onlar yüksək sürətlə uzun məsafələrə uçmalı və hipersəs bloklarının trayektoriyasındakı dəyişikliklərdən sonra dönə bilməlidirlər.