Pelenin son vəziyyəti açıqlandı



 

San-Paulodakı Albert Eynşteyn Klinikası bu xəstəxanada müalicəsi davam edən əfsanəvi braziliyalı futbolçu Pelenin sağlamlıq vəziyyəti ilə bağlı açıqlama yayıb. "Ökə.az" bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Xəstəxanadan bildirilib ki, Pelenin müalicəsi davam edir, səhhəti stabil olaraq qalır: "O, yoluxucu infeksiyanın müalicəsinə yaxşı cavab verir və son 24 saat ərzində vəziyyəti  dəyişməyib”.

Daha əvvəl bildirilmişdi ki, Pele bağırsaq xərçəngi ilə mübarizədə orqanizmi artıq kimyaterapiyaya cavab vermədiyi üçün palliativ müalicə şöbəsinə köçürülüb.

Üçqat dünya çempionu ötən çərşənbə axşamı ödem və ürək çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirilib. Cümə axşamı klinika bəyanat yayaraq, keçmiş futbolçunun vəziyyətinin stabil olduğunu bildirib. Pelenin qızı Keli də atasının həyatının təhlükədə olmadığını bildirib.

Futbolçunun özü sosial şəbəkədə mesaj yazaraq, pərəstişkarlarını güclü və ümidli olduğuna inandırıb.

Elvin

SeherXeber.org