"Ukrayna Rusiya üçün təhlükəsizlik zəmanəti verə bilər"



 

“Ukrayna Rusiya üçün təhlükəsizlik zəmanəti verə bilər, lakin bunun üçün işğalçı ölkə bir sıra şərtləri yerinə yetirməlidir”.

SeherXeber.org ” xəbər verir ki, bunu Ukraynanın hakim “Xalqın xidmətçisi” Partiyasının Ali Radadakı deputat fraksiyasının rəhbəri David Araxamiya teleqramda yazıb.

“Ukrayna Rusiyaya təhlükəsizlik zəmanəti verməyə hazırdır. Bunun üçün kifayətdir: ölkəmizin ərazisini tərk etmək, təzminat ödəmək, bütün hərbi cinayətkarları cəzalandırmaq, nüvə silahını könüllü təslim etmək”, - Araxamiya bildirib.

O vurğulayıb ki, yalnız sadaladığı şərtlər yerinə yetirilərsə, Ukrayna danışıqlar masası arxasına əyləşib təhlükəsizlik təminatlarından danışa bilər.