Rusiya vətəndaşlarını ölkələrinə buraxmadılar



 

Litva və Latviya sentyabrda mindən çox Rusiya vətəndaşını ərazisinə buraxmayıb.

SeherXeber.org xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

Bildirilib ki, Baltika ölkələri və Polşa qısamüddətli Şengen vizasına malik olan Rusiya vətəndaşlarını ölkəyə buraxmayıb. Litvanın sərhəd xidməti 709 rusiyalını ölkəyə buraxmayıb, 29 nəfərin vizasını ləğv edib.

Latviya sərhədçiləri isə 400-dən çox Rusiya vətəndaşının ölkəyə girişinə icazə verməyib.