O zavodla, bu zavodun fərqi var...



 

Seymur Talıbovun Naxçıvanda neftayırma zavodu varmış. Bu zavod nə Socara, nə də hansısa xarici neft şirkətinə məxsus deyilmiş. Belə hallar 19- cu əsrdə Azərbaycanda çarizmin yaratdığı azad sahibkarlıq mühitində olub.

Murtuza Muxtarov və Hacı Zeynalabdin Tağıyevin zavodları olub. Lakin şəxsi torpaqlarında çıxan neftin hesabına baş tutub bu işlər.

Satışına və tədarükünə çarizim nəzarət edib, Rus imperiyası böyük gəlirlər götürüb. Yəni Seymur Talıbovun zavoduyla tamamən fərqli olub.

Seymurun zavodu isə neftin olmadığı Naxçıvanda - Culfadadır. İrandan gələn neft və neft məhsulları emal olunur, qeyri-qanuni yollarla Avropaya və Ərəb ölkələrinə ötürülür. Oradan da həmin ölkələrin adından satılırmış. İrana məxsus neft, sanksiyaya məruz qalmış İran nefti Seymur Talıbov vasitəsilə satılırmış. İranın düşmənçiliyini, fars şovinizmini və s. qoyuram bir qırağa. Bu adam özünü necə də hər şeyin sahibi, sanksiyaları takmayan, Azərbaycan dövlətilə və Socarla hesablaşmayan bir güc hesab edirmiş. Bu gücü haradan və kimdən alırmış ki, belə riskə gedirmiş. Axırıda çox pis oldu!

"SeherXeber.org"