"Əlisa Nicatın maddi durumunu ictimailəşdirmək yox, onu həll etmək lazım idi"



 

İdris Abbasov:

Yazıçı Əlisa Nicatın maddi durumunu ictimailəşdirmək yox, onu həll etmək lazım idi. Onun ətrafındakılar üçün bunu etmək 2x2 qədər asandır.
Fikrimcə, belə "şoular" dövlət sevgisindən irəli gəlmir.
Himayəsində azyaşlı uşağı olmayan, gözütox, bəziləri kimi mal-mülkə aldanmayan 85 yaşlı bir yazıçının ehtiyaclarını onun ətrafındakı imkanlılar, məhz dövlət büdcəsindən yayınıb milyonu milyon üstünə calayanlar, ən azından, Vətən naminə sakitcə həll etməli idilər!
Məncə, belə təşəbbüslər heç yazıçının da yox, kimlərinsə şəxsi maraqları naminədir.
Elə canıyanansınızsa, buyurun, yığdıqlarınızı qaytarın dövlətə, sonra dövlətdən yüksək pensiya tələb edin! Dövləti həm sovurursunuz, həm də borclu çıxarırsınız. Əcəb şüurdur!
PS. İnanmıram ki, yazıçının daxil olduğu dairədə və onu sevənlər arasında leqal və ya qeyri-leqal milyonu olanlar olmasın!
Bir zamanlar mənə də elə "canıyananlar" peyda olmuşdular. Sən demə, şəxsi maraqlarını güdürmüşlər...

SeherXeber.org