AAK və onun nəzərindəki müdafiə şuraları ciddi təftiş olunmalıdır

İdris Abbasov:
O cümlədən elm və ali təhsil ocaqlarında yoxlamaların aparılacağını və şəffaflığın təmin ediləcəyini hazırkı yoxlamalrın məntiqi davamı hesab etmək olar.
Həmkarım professor Vüqar İsmayılov Vugar Ismailov haqlı olaraq Ali Attestasiya Komissiyası tərəfindən elmi adlar üçün tələb edilən sənədlərin mənasızlığından bəhs edib. Necə deyərlər, hələ ki, vəzifə atını minib çapır, piyadaya məhəl qoymurlar.
Əslində, həmkarım da mənim kimi səhvə yol verir, necə deyərlər, hər şeyi olduğu kimi qəbul edə bilmir. Qəbul edə bilmir ki, AAK elmi keyfiyyətləri dəyərləndirmək qabiliyyətindən məhrumdur. Eynən mənim kimi. Bunu tam məsuliyyətimlə deyirəm.
Adam adama deyər: Kim necə varsa, elə də qəbul etməlisən, əsəbləşməyə lüzum yoxdur. Köhnə "dostum" Möhsün Nağısoylu demişkən: "Mən heç vaxt əsəbləşmirəm".
Məncə, bu tövsiyələr nisbidir və bütün situasiyalara aid edilə bilməz.
Qəbuledəbilməzlik sevgidən, yanğıdan, şəfqətdən doğan bir hissdir. Əsəb də insana xas keyfiyyətdir və s. Nə isə...
İndiyədək müdafiə prosesləri daxil olmaqla işini düzgün qura bilməyən, çox vaxt özünü karlığa, korluğa və lallığa vuran qurumdan nə gözləmək olar?
Məsələn, ufacıq bir misal. Dissertantı, ya doktorantı göndərirlər rəyçinin, opponentin hüzuruna ki, get Filankəsovu yola gətir, rəy al, gəl! Məncə, bu nüansdan nəticə çıxaranlar oldu.
Son illər dövlət opponentlərə 300- 500-700 manat pul kəsib. Rüşvət, alver yığışıbmı?! Əksinə, acgözlük at belinə minib çapır... Elə bu günkü mənzərədən ürək ağrılarım səngimir.
Təhqiqatlar başlansa, inanıram ki, az strateji önəmi olmayan bu əkiz qurumların yanında bəzi nazirliklər toya getməli olar.
AMEA-da xalqın qanı, elmi-mənəvi dəyərlərin məhvi bahasına cana qulluq edib ömür uzadanlar, AAK-da da niyə onu tətbiq etməsinlər ki?! Ələlxüsus, əzəldən doğma qardaş olub bərabər yürüyüblər!
Bəli, bu alimanə-məmuranə qafalara görə, dövlətin dərdini bir nəfər çəkməlidir, o da ölkə Prezidenti! Qalanlar isə vəzifə tutub tərifdən-zaddan deyib, yeyib-yatmalı, pul qırmalı, özlərinə və övladlarına bahalı maşınlar, mülklər almalı, övladi-Vətənin xamlığı üzərində kef məclisi qurmalı, fani dünyanı əyləncə ilə yola verməlidirlər.
Müşahidələrim göstərir ki, vallah, bu ölkə vecsiz, vicdansız, qəlbsiz, rüşvətxor, məsuliyyətsiz, xəyanətkar və riyakar məmurlar, alimlər, akademiklər, ədiblər, şairlər, məddahlar və bu kateqoriyadan olan digər "insanlar" üçün ideal yaşamaq yeridir!

> Safura:
Rüşvət, varlanma ehtirası, ləzzət ağılları o qədər başdan alıb ki, öz övladlarının gələcəyini belə, unudublar. Elə bilirlər ki, Vətən övladlarının başına oyun açmaları öz övladlarına xoşbəxtlik bəxş edəcək. Çox dayazdırlar. Qana bilmirlər ki, övladlarının xoşbəxtliyi yalnız cəmiyyətin xoşbəxtliyindən keçir!
Professor Dayazlı deyir ki, mən oğlumu İsveçrəyə qaçırmışam, hesabına 40 milyon da pul yatırmışam. Ay nadan, sanırsan ki, o, orada xoşbəxt olacaq?! Yenə nə isə...
Onu da deyim ki, müdafiə prosesində baş verən bütün çatışmazlıqların, sövdələşmələrin, qılaflanmaların, nəhayət, elmsizliyin diplomlaşdırılmasının bütün məsuliyyəti ilk növbədə AAK sədri kimi cənab Famil Mustafayevin üzərinə düşür, hərçənd ki, tutduğu vəzifənin imkanlarından istifadə edib özünə müəyyən mənada müdafiə istehkamı qurub.
Son illər dövlət başçısının birbaşa dövlət və xalqın mənafeyi naminə yürütdüyü siyasət nəticəsində bu qəbildən olan əldəqayırma istehkamlar yerlə yeksan edilib və edilməkdədir, yəni proses davam edir!
Əzm, iradə, fədakarlıq, üstəgəl, səmimiyyət, şəffaflıq olmayan yerdə elmdən, dövlətçilikdən, sədaqətdən, əsl xidmətdən söhbət gedə bilməz.
Etiraf gözəl şeydir. Ona isə ürək lazımdır. Eyş-işrətə, vara, pula qurban gedən ürəkdə nə gəzir o dəyanət, o sədaqət, əsl xidmət?!
Topa-topa mənasız sənədlər üzərində baş sındırmaq əvəzinə, real problemlərin səbəblərini aradan qaldırmaq haqqında düşünmək lazımdır, cənabi-alilər!
Nə vaxtadək özümüz özümüzü aldadacağıq?
AAK-a gəlib çıxan elmsiz elmi işləri və tir-tir əsdirilən, qapılarda süründürülən Vətən övladlarını və qızlarını görəndə çiçəyiniz çırtlayır, sevinirsiniz. Səbəb nədir?
Əlinizi əlinizə sürtürsünüz. Öz övladlarınızın da bir gün bu vəziyyətdə olacağını unudursunuz. Elə bilirsiniz ki, xaricə qaçırdıb canını qurtarıbsıznız? Sanırsınız ki, Allah və İlahi Ədalət oralara gedib çıxmır?
Vallah, Çilidə, Berlində, Yaponiyada olsalar da, başqalarının övladlarına etdiyiniz əməllər öz balalarınızın, nəvələrinizin yaxınlarınızın başında çatlayacaq. Özü də xüsusi qaydada qəddarlaşdırılmış Kerilərin, Conilərin əli ilə!...
Hamımıza, Vətənə aid övladların salındıqları bu günkü acınacaqlı vəziyyətə heçmi ürəyiniz yanmır?! İnsan cinsindənsinizsə, bəs onda niyə problemin kökünü tapmaqda zərrə qədər baş sındırmır və hər şeyi birinci şəxsin üzərinə atırsınız?!
Ucbatınızdan yaranan bu acınacaqlı mənzərəyə ürəyiniz sızlamırsa, deməli, vəziyyət daha kritikdir. Onda gözləməliyik ki, ölkənin digər qurumlarında aparılan əməliyyatlar AAK-a da çatsın və AMEA ilə bahəm sinxron təftişlərə başlanılsın. O zaman inanılmaz həqiqətlər üzə çıxacaq, doğma Azərbaycanımızın çöhrəsi doğan Günəşlə parlayacaq!

SeherXeber.org