"Bu Fransa tərəfindən vurulmuş növbəti zərbədir"



 

Fransa Milli Assambleyasının Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamə ilk növbədə beynəlxalq hüququn fundamental prinsiplərinə hörmətsizlikdir.

SeherXeber.org ” xəbər verir ki, bunu deputatə Soltan Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, əsassız, obyektivlikdən uzaq, tamamilə absurd mülahizələr əsasında hazırlanmış sənədin qəbul edilməsi ikitərəfli münasibətlərimizə də Fransa tərəfindən vurulmuş növbəti zərbədir. 

“Cənubi Qafqazdakı reallıqları tamamilə təhrif edən, Azərbaycanla-Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərinə kölgə salan bu sənəd Fransanın uzun müddətdir ki, davam edən qərəzli siyasətinin daha bir təzahürüdür. Layihənin ümumi məzmunu və ayrı-ayrı müddəaları Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasına istiqamətlənmiş təşəbbüslərə kölgə salmaqla yanaşı, Azərbaycan ictimaiyyətinin Fransaya onsuz da kövrək etimadını bir daha zəiflədir”, - o qeyd edib.

Deputat əlavə edib ki, Milli Assambleyanın qəbul etdiyi qətnamə Fransanın Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi tarixi qələbənin yaratdığı yeni reallıqlarla barışa bilmədiyini bir daha təsdiq edir:  

“Fransa parlamentinin hər iki palatasının üzvləri Cənubi Qafqaz regionunda sülh prosesinə mane olan bu cürə təşəbbüsləri davam etdirməklə, öz ölkələrinin əsl niyyətini ifşa etmiş olurlar. Təəssüf ki, bu niyyət heç də bölgədə sülhün bərqərar olunmasına, xalqların rifahına və təhlükəsizliyinə xidmət etmir”.

SeherXeber.org