Fikir və düşüncələrə sədd çəkməyə çalışan əlləm-qəlləmlər



 


"Mətbuatımızın patriarxı Şirməmməd müəllim (Allah rəhmət eləsin!) həmişə deyərdi ki, raket əsrində yaşasaq da mənə elə gəlir ki, raketdə peyin daşımaqdansa, at arabasında qızıl daşımaq daha faydalıdır.

Əlbəttə, ana dilimizin qrammatikasını da, orfoqrafiyasını da, orfoepiyasını da,semantikasinı da, sintaksisini də və s, və i.a. öyrənmək və savadlı yazı mədəniyyətinə yiyələnmək vacibdir. Lakin, amma, ancaq, fəqət orfoqrafiyanı bəhanə edərək (raketdə peyin daşımaq) insanın fikir və düşüncələrinin qarşısına “çin səddi” çəkmək, hüsnxətlə, xəttatlıqla, kalliqrafiya ilə və sairlə intellektual təfəkkürü bir səviyyədə tutmaq olduqca absurddur.İnsanın qrammatik səhvə yol verməsi onun intellektual səviyyəsinə, kreativ düşüncə tərzinə, dünyagörüşünə xələl gətirməz.

Böyük sənətkarımız Hüseyn Cavid vaxtilə İstambul Universitetinə qəbul ola bilməmişdi.Bu onun dahi bir sənətkar kimi yetişməsinə zərrə qədər təsir etmədi və edə də bilməzdi. Dünya dahilərinin əksəriyyətinin əlyazması nümunələri və bu nümunələrdəki qrammatik səhvlər bu gün hər kəsdə təəccüb doğura bilər. Lakin, bu “yazı qüsurları” onların dahilik şöhrətinə heç bir misqal da kölgə sala bilməyib"
Müəllif: Cəlal Yaquboğlu

SeherXeber.org