İki başlı və dörd gözlü quzu doğuldu



 

Hindistanın Andhra Pradeş ştatının Kakinada şəhəri yaxınlığındakı kənddə 360 dərəcə görmə qabiliyyətinə malik iki başlı və dörd gözü olan mutant quzu doğulub.

Milli.Az bildirir ki, bu barədə "News 18" məlumat yayıb.

Qeyri-adi quzu Morukurthy Suribab və Pampanaboina Vekannaya məxsus sürüdə doğulub. Yerli sakinlər qəribə heyvanın doğulmasından xəbər tutanda çox təəccübləniblər.

Bala konservləşdirilmiş südlə qidalanıb, iki ağzı ilə içib. Heyvanın dörd gözü var, onlar 360 dərəcəni görə bilirlər. İki başın çəkisi çox olduğundan quzunun hərəkət etməsi çətindir. Buna baxmayaraq, çobanlar sevinirlər ki, yeni doğulmuş heyvan şən, sağlamdır və oynamağı sevir.

Baytarlar belə quzunun doğulmasının səbəbini genetik anomallıqla bağlayıblar. Belə anomaliyaları olan bəzi heyvanların kifayət qədər uzun yaşaya biləcəyi bildirilib. Belə bir quzunu adi haldan daha çox bəsləmək lazımdır. Baytarlar onun sağlamlığının vəziyyətini daim nəzarətdə saxlamağı məsləhət görüblər.