Ermənistan parlamentinin sədri: KTMT Cənubi Qafqaz regionunu tərk edir



 

Biz heç vaxt deməmişik ki, KTMT-dən çıxmağa hazırlaşırıq, regionu tərk edən KTMT-dir və bundan narahatıq. 

SeherXeber.org ” xəbər verir ki, bunu bu gün Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında  deyib.

“Tərəfdaşlarımızdan KTMT-nin Cənubi Qafqazı tərk etmək qərarına gəlib-gəlmədiyini soruşmaq lazımdır. Əgər belədirsə, o zaman bunu açıq formada bəyan etmək lazımdır”, - deyə o əlavə edib.

Mürtəza
SeherXeber.org