Əli Əsədov məktəblərlə bağlı ƏMR İMZALADI



 

Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarlarına dəyişiklik edilib.
 
SeherXeber.org-un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
 
Dəyişikliklə sənədin 1.3.6-1.3.12-ci yarımbəndlər aşağıdakı redaksiyada verilib:
 
- Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi;
 
- İnternat tipli lisey;
 
- İnternat tipli gimnaziya;
 
- İnteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi;
 
- İnteqrasiya təlimli ümumtəhsil məktəbi;
 
- Xüsusi ümumtəhsil məktəbi;
 
- İnternat tipli xüsusi ümumtəhsil məktəbi.
 
Sənədin əvvəlki variantı isə aşağıdakı kimi olub:
 
- Ümumtəhsil internat məktəbi;
 
- İnteqrasiya təlimli internat tipli təhsil müəssisəsi;
 
- İnteqrasiya təlimli ümumi təhsil müəssisəsi;
 
- Xüsusi məktəb;
 
- Xüsusi internat məktəbi;
 
- İnteqrasiya təlimli internat tipli gimnaziya;
 
- Valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəbi.