Prezident Liviyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO



 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Liviya Dövlətinin ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ali Salem Naserin etimadnaməsini qəbul edib.

SeherXeber.org ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.