Taleh Kazımov: Mərkəzi Bank kibertəhlükəsizlik strategiyası hazırlayır



 

Rəqəmsal transformasiya dedikdə biz çox zaman satışı nəzərdə tuturuq və kibertəhlükəsizlik qismən yaddan çıxır.

SeherXeber.org xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov deyib. O bildirib ki, sürətlə həyata keçirilən rəqəmsal transformasiya kibertəhlükəsizliyin inkişafını tələb edir:

"Bu istiqamətdə Mərkəzi Bank Beynəlxalq Maliyə Korporasiyası ilə birlikdə maliyyə bazarları üzrə kibertəhlükəsizlik strategiyasını hazırlayır. Bu, Mərkəzi Bank tərəfindən xüsusi istiqamət olacaq ki, maliyyə sektorunda kibertəhlükəsizlik sahəsində minimum tələbləri təmin edərək sektorun təhlükəsiz və davamlı fəaliyyəti təmin olunsun", - deyə T. Kazımov əlavə edib.

Könül
SeherXeber.org