DÇ-2022: Belçika millisi sensasiyaya yol vermədi



 

 

Qətərdə keçirilən DÇ-2022-nin F qrupunda I tura yekun vurulub.

SeherXeber.org -ın məlumatına görə, turun ikinci oyununda Belçika və Kanada qarşılaşıb.

Mundialın dördüncü gününün son qarşılaşmasının favoriti avropalılar idi. Son dünya çempionatının bürünc mükafatçısı olan Roberto Martinesin yetirmələri etimadı doğruldublar. Kanadadan minimal hesabla üstün olan Belçika mundiala qələbə ilə başlayıb.

Qeyd edək ki, F qrupunda turun ilk matçında Xorvatiya ilə Mərakeş görüşüb. Bu oyunda qol vurulmayıb.

DÇ-2022, qrup mərhələsi
23 noyabr, I tur
F qrupu
23:00. Belçika – Kanada 1:0

Qol: Mişi Batşuayi, 44