Növbədənkənar prezident seçkisi təyin edildi - Sərəncam
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, sərəncama əsasən, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilib.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.