İranda terror aktı ilə bağlı 9 nəfər həbs edilib



 

İranın İsfahan şəhərindəki terror hadisəsi ilə bağlı 9 şübhəli həbs edilib.

Bu barədə İsfahan şəhər prokurorluğu məlumat verib.

Bildirilib ki, tezliklə saxlanılan şəxslərə qarşı rəsmi ittiham irəli sürüləcək. Şübhəlilərdən üçü ölkədən qaçmaq istəyərkən həbs edilib.