QozAL, kraskanı başına yax!



 

Rövşən Kəbirli yazır:

Hələ illər əvvəl “AzərSun” Holdinqdə mütəxəssis kimi çalışan bir nəfər yas yerində söhbət əsnasında mənə istehsal etdikləri dəm çayları içərisində qismən içməlisinin “Azərçay” olduğunu söyləmişdi. Sonradan gördüm ki, ona da kimyəvi qatqı vurulur.

Şəkildə gördüyünüz çayı isə bugünlərdə menyuya daxil etmişdim. Çayı dəmləyən kimi, heç dəmə qoymadan necə deyərlər xoruzquyruğu olması məni şübhələndirdi. Dəmdən ayrıca stəkana süzüb 2 saat gözlədim və sonuc məni dəhşətə gətirdi. Sanki paslı dəmirin suyu, yaxud suyla qarışdırılmış doşab, sıxılmış narın suyu.

Ailə hakimiyyətinin şərikliyinə arxalanıb Azərbaycan qida sənayesində monopolis mövqe qazanan, milli mənşəyi belə, şübhəli olan “AzərSun”un sahibi Abdolbari QozAL illərdir ki, öz saxta ərzaq məhsullarıyla xalqımızın genefondunu beləcə zəhərləyərək, gələcəyini təhlükə altına salır.

Məsul qurumlardan heç biri də qorxusundan niyyəti bəlli olmayan bu məxluqa demir ki, çaya vurduğun kraskanı apar yax ağarmış saqqal və saçına.

Mənə maraqlıdır, görəsən şirkətin xaricə ixrac etdiyi müxtəlif markalı çaylarının da tərkibi belədir, yoxsa orda adamın şalvarın çıxardarlar qorxusu QozALı daha ehtiyatlı olmağa məcbur edir?

P.S: Dəyərli sənət incimiz Flora xanım, biz cəhənnəmə, zatən bizimki yaşayış deyil, sürünməkdir, məcburən nəyə imkanımız çatır onunla qidalanırıq. Amandır sən bu çaylardan içmə, hətta reklam xatirinə olsa da!

SeherXeber.org