Almaniyadan Azərbaycana deportasiya gözlənilir



 

Almaniyada mühacir həyatı yaşayan azərbaycanlılar təşvişə düşüblər.

SeherXeber.org xəbər verir ki, bu barədə Almaniyada yaşayan azərbaycanlılar sosial şəbəkələrdə məlumat yayıblar.

Bildirilib ki, noyabr ayının sonlarında Almaniyadan Azərbaycana deportasiya gözlənilir. Sənədləri qaydasında olmayan, qanunsuz mühacirət edənlərin ölkədən çıxarıla biləcəyi vurğulanır.

O da qeyd edilir ki, alman polisi bu günlərdə mühacirlərin yaşadığı ünvanlara gedərək yoxlamalara başlayıb.

Aparılan yoxlamalar bəzi soydaşlarımızı təşvişə salıb.