Çoban fermadan 73 baş heyvan oğurlayıb



 

Salyanda fermadan 73 baş xırdabuynuzlu heyvan oğurlanıb.

SeherXeber.org xəbər verir ki, Salyan Rayon Polis Şöbəsinə noyabrın 19-da saat Peyk kəndi ərazisində kənd sakini A.Cəbrayılovun çoban işlədiyi fermadan 73 baş xırdabuynuzlu heyvanın oğurlanması barədə müraciət daxi olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Birinci Varlı kənd sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Famil Rzayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.