Qələbənin taclandırdığı peşə bayramı



 

“Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının 1918-ci il 22 noyabar tarixli qərarı ilə Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq olunmasını əsas tutaraq qərara alıram:  

1.Hər il 22 noyabar Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayaramı kimi qeyd edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev  
Bakı şəhəri, 11 noyabar 2000-ci il

Noyabr ayının əlamətdar günlərindən biri də 22 noyabar Ədliyyə işçilərinin peşə bayramıdır. “Zəfər Günü” (8 noyabr), “Bayraq Günü” (9 noyabr), Konstitusiya Günü” (12 noyabr), “Dirçəliş Günü” (17 noyabr) kimi xalqımızın yeni tarixinə əbədi həkk olmuş bayramların fonunda yaşı 104 illik tarixə dayanan ədliyyə işçilərinin peşə bayramını qeyd etməyin insanda yaratdığı hissi sözlə ifadə etmək çox çətin, eyni zamanda qürurvericidir.

Əziz oxucu, yazının girişindəki epiqraf əvəzi tarixi sənədi təsadüfən xatırlatmadım. Ulu Öndər Heydər Əliyevin imzaladığı bu Sərəncam özlüyündə çox böyük tarixi-siyasi əhəmiyyətə malikdir. Dahi şəxsiyyət Heydər Əliyev belə bir sənədə imza atmaqla beynəlxalq aləmə göstərir ki, biz dövlətçilikdə varislik prinsipinə sadiqiq və Azərbaycan son 30 ildə yaranmış dövlət deyil, onun tarixi kökləri, müstəqil dövlət kimi mövcudluğu yüz illərə dayanır. Daha qonşu Ermənistan dövləti kimi adı  yalnız 1918-ci ildən sonra meydana çıxmayıb. Bəli, o vaxta qədər tarixi mənbələrdə Ermənistan adlı dövlət və ərazi olmayıb. Onun bu gün də mövcud olduğu ərazi tarixi Azərbaycan torpaqlarıdır. Ki, çar Rusiyası və fars dövlətlərinin gizli sövdələşməsinin nəticəsi ( bədnam “Kürəkçay”, “Gülüstan”, “Türkmənçay” müqavilələri) olaraq meydana çıxıb. Azərbaycan torpaqları hesabına yaradılmış bu mənfur Ermənistanın xəbis işğalçılıq siyasəti üzündən əzəli Azərbaycan ərazisi olan Qarabağ 30 il bu yağı düşmənin tapdağı altında qaldı. Amma Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi bu işğal əbədi ola bilməzdi, olmadı da. Azərbaycan  Ordusunun 2020-ci ilin 27 sentyabrında başlayan zəfər yürüşü nəticəsində 44 gün ərzində 200 il sərasər ölkəmizi təhdid edən erməni təcavüzünə son qoyuldu. 

Beləliklə, artıq iqtisadi-siyasi, hüququ islahatlar sahəsində təməli Ulu Öndər tərədindən qoyulmuş prosesi dərinləşdirmək və daha da inkişaf etdirmək üçün əlverişli mühüt yaradılmış oldu. 
Yeri gəlmişkən, fəxrlə qeyd etmək istərdim ki, Zəfərə gedən yolda ədliyyə işçiləri də yaxından iştirak edib. Belə ki, müharibənin ilk günlərindən, hərbi vəziyyət elan olunduqdan sonra Ədliyyə naziri, cənab Fikrət Məmmədovun əmri ilə Nazirliyimiz gücləndirilmiş iş rejimin keçərək ordumuzun qələbəsi üçün bilik və bacarıqlarını əsirgəməmişdilər. Nazirliyin 100-dən çox əməkdaşı könüllü şəkildə silaha sarılaraq savaş meydanına atılmış, yüksək qəhrəmanlıq göstərmiş, tibbi xidmətin həkimləri cəbhə bölgəsinə ezam olunaraq, yaraləlara tibbi xidmət göstərmişdi. Döyüşlərdə şəhid olmuş məsləkdaşlarımız bugün də unudulmur, hörmətli nazirimiz F. Məmmədovun tapşırığına uyğun olaraq onların və yaralı qazilərimin ailələri daima diqqət mərkəzində saxlanır, hər cür qayğı və yardımla əhatə olunurlar. Müharibə davam etdiyi müddətdə nazirliyimiz cəbhəboyu rayonların sakinləri üçün yardımlar təşkil etmiş,onların qayğılarına həssaslıqla yanaşaraq videoformatda qəbullar keçirərək qaldırılan məsələlərin operativ həllinə nail olmuşdur. Döyüşlər getdiyi müddətdə ordumuza və şəhid ailələrin qayğılarına dəstək məqsədilə Nazirliyin əməkdaşları könüllü olaraq 4.5 miyon manatdan çox yardım etmiş, o cümlədən ötən il Nazirliyin peşə bayramı ərəfəsində “YAŞAT” və “Qarabağ Dirçəliş Fonduna” ianələr edib, yüzlərlə əməkdaşımız qanvermə aksiyalarına qatılıb. Nazirlik eyni zamanda Prezident İ.

Əliyevin xarici siyasətinə dəstək məqsədilə beynəlxalq platformalarda Azərbaycanı layiqincə təmsil edərək, müharibə həqiqətlərini, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüz, yurd yerləmizdə törətdiyi vandalizmi aktlarını foto-şəkillər, video-materiallarla əcnəbi auditoriya qarşısında nümayiş etdirmişdir. Cənab nazir F. Məmmədov da öz növbəsində qatıldığı bütün beynəlxalq tədbirlərdə, ayrı-ayrı görüşlərdə daima bu məsləni diqqətdə saxlamış, hüquq sistemində-məhkəmə, pentensiar, natorial xidmət sahələrində aparılan və ölkəmizin dünyaya inteqrasiyasına yol açan islahatlar barədə ətraflı məlumatlar vermişdir. Tək bir faktı nəzərinizə çatdırım ki, müharibənin birinci ildönümü ərəfəsində ƏN tərəfindən dünyanın 80-dan çox ölkəsinə, beynəlxalq təşkilatlara ümumilikdə müxtəlif məzmunlu 450 məktub göndərilib. Dinc quruculuq illərində digər sahələrdə olduğu kimi Ədliyyə sistemində də mütərəqqi islahatlar sürətlə davam etdirilir. Hazırda “Elektron Hökumət” sisteminin fəal iştirakçısı olan Ədliyyə Nazirliyi tərəfindən vətəndaşlara 35-dək müxtəlif elektron xidmət göstərilir ki, son 6 ildə onlardan istifadə edənlərin sayı təxminən 16 miyonu keçib. “Mobil notariat”, “DOST” mərkəzlərində göstərilən xidmət vətəndaşlarımız üçün əlçatan olmaqla yanaşı onların rahatlığına geniş imkanlar açır.

Prezident İlham Əliyevin tapşırığına əsasən yaradılmış “Elektron məhkəmə” informasiya sistemi məhkəməyə müraciət etmək hüququnun yaranmasıdan başlayaraq məhkəmə qərarının icrasının tanınmasına qədər bütün prosesi əhatə edir. Hazırda fəaliyyət göstərən 117 məhkəmənin təxminən 100-də elektron məhkəmə sistemi tətbiq olunur və bu iş davam etdirilir. Bu da öz növbəsində məhkəmə sistemində şəffaflığın artmasına, vətəndaşlarımızda məhkəmələrə inamın güclənməsinə şərait yaradır. 
Qeyd edim ki, nazirliyimiz Qarabağda aparılan böyük qurucluq və bərpa işlərinə uyğun olaraq işğaldan azad edilmiş rayonlarda öz struktur bölmələrini formalaşdırmaq üçün gərəkən bütün vasitələrə və kadrlara malikdir.
Əziz məsləkdaşlarım artıq ikinci ildir ki, görkəmli dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, “Dəmir yumruq”lu Ali Baş Komandan Prezident İlham Əliyevin, Şanlı və Qalib Azərbaycan Ordusunun sücaəti sayəsində biz ədliyyə işçiləri peşə bayaramını başımızı dik tutaraq yüksək əhval-ruhiyyə ilə qeyd edirik.

Bu tarixi qələbini bizə yaşadan, peşə bayramımızı taclandıran Ali Baş Komandana, yenilməz Ordumuza təşəkkür edirik!

Zəfərə gedən yolda canını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik!
Başda cənab nazirimiz Fikrət Məmmədov olmaqla Ədliyyə sistemində çalışan məsləkdaşlarımı peşə bayramı münasibətilə təbrik edirəm! 
Azərbacan dövlətinə və xalqımıza layiqli xidmək etmək üçün bundan sonra da bilik və bacarığımızı əsirgəməyəcəyik.

Malik Mahmudov

Beyləqan rayon Qeydiyyat İdarəsinin rəisi