İran Qafanda konsulluq aça bilər, Azərbaycan İsraildə səfirlik aça bilməz?! -Deputat



 

“Azərbaycan müstəqil dövlətdir və müstəqil dövlət olaraq xarici siyasətini yürütməkdə də müstəqildir. Azərbaycanın bir müstəqil dövlət olaraq İsraildə səfirlik açması onun müstəsna hüquqdur və bu hüquqdan da istifadə edərək, dost ölkə ilə münasibətlərin daha yüksək səviyyə qaldırılması istiqamətində  belə bir addım atıb”.

Bunu “SeherXeber.org ”a açıqlamasında deputat Arzu Nağıyev deyib.
Onun sözlərinə görə,  Azərbaycanın xarici siyasətini cənab Prezident İlham Əliyev  dövlət və milli maraqlara əsaslanaraq müəyyənləşdirir. “İsraildə səfirliyin açılması da dövlət və milli maraqlarımıza cavab verir. İsraildə Azərbaycanın səfirliyin açılması barədə Milli Məclis üzvlərinin bu gün qəbul etdiyi yekdil qərar da dövlətimizin  və xalıqmızın milli maraqlarına cavab verir. Təl-Əvivdə səfirliyin açılması zamanın tələbi və sifarişi idi. Bəlkə də, bir az gecikmiş qərar idi. Lakin ölkə başçısının  hər zaman olduğu kimi qətiyyəti nəticəsində İsraildə  səfirliyin açılması barədə ortaya siyasi iradə qoyuldu və bu icra olundu.  İsraildə səfirliyin açılması iki ölkə arasında  əlaqələrin daha da  dərinləşməsinə, strateji tərəfdaşlıq  münasibətlərinin yeni bir mərhələyə qalxmasına təkan verəcək”- o qeyd edib.
O əlaəv edib ki, mən hələ bir müddət əvvəl mediaya açıqlamamda  Azərbaycanən İsraildə səfirlik açılmasının  texniki bir məsələ olduğunu gündəmə gətirəndə, bir çoxları bunun vaxtında  və yerində olmayan fikir kimi dəyərlndirərək, müxtəlif fikirlər səsləndirdilər: “Amma  çox keçmədi ki, dediklərim  reallaşdı. Necə olur ki, İran İslamın düşməni olan, təhqir edib, aşağılayan   Ermənistanla  müttəfiqlik münasibətləri qurub, onun bütün səviyyələrdə diplomatik münasibətləqir qurub, Qafan şəhərində konsulluq aça bilər, biz isə dost və strateji tərəfdaş olduğumuz, çətin anlarda hər zaman yanımızda olan ölkədə səfirlik aça bilmirik?! Biz bu addımımızla də sübut etdi ki, xarici siyasətimizdə müstəqilik və  hər hansı xarici  təzyiqlər bizi yolumuzdan döndərə bilməz. 
Azərbaycan İsraildə səfirlik açmaqla yanaşı, Fələstində də  diplomatik nümyənədlik açılması barədə qərar qəbul etdi. Bu Azərbaycanın həm İsrailə, həm də Fələstinə eyni münasibət  bəslədiyini ortaya qoydu. 
Azərbaycanın həm Fələstinlə, həm də İsraillə yaxşı münasibətləri var. 
İsraillə Azərbaycanın  siyasi, iqtisadi-ticari, hərbi, mədəni sahədə daha sıx münasibətlər mövcuddur. İsraildə səfirliyin açılması  Azərbaycan Prezidentinin yürütdüyü xarici siyasətdin növbəti uğurudur”.

Mürtəza
SeherXeber.org