ANAMA ilə ABŞ şirkəti arasında Memorandum imzalanıb



 

Azərbaycan Respublikasının Minatəmizləməsi Agentliyi (ANAMA) ilə Amerika Birləşmiş Ştatları şirkəti olan Beynəlxalq Aerokosmik Mühəndislik Korporasiyası (IAEK) arasında mina və partlayıcı sursatların təmizlənməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə "SeherXeber.org" -a ANAMA-dan bildirilib.

Qeyd olunub ki, Anlaşma Memorandumu “Mina Təhlükəsi ilə Mübarizə: çağırışlar və imkanlar” mövzusunda keçirilən beynəlxalq tədbir çərçivəsində imzalanıb.