Futbolda qəribə olay - Matça 72 dəqiqə əlavə edildi



 

Portuqaliya Kubokunda keçirilən “Penafiel” – “Moreyrense” matçında qəribə hadisə yaşanıb.

“SeherXeber.org ” xəbər verir ki, hakim matça 72 dəqiqə vaxt əlavə edib.

Buna səbəb isə oyun ərzində stadionda bir neçə dəfə işıqların sönməsi olub. Meydan sahiblərinin prezidenti Antonio Qaspar Dias jurnalistlərə açıqlamasında şəhərdəki yüklənməyə görə işıqlarda problem yarandığını bildirib.

Qeyd edək ki, “Penafiel” 30-cu dəqiqədə hesabı açsa da, “Moreyrense” 90+55 və 90+64-cü dəqiqələrdə vurduğu qollarla qələbə qazanıb.