Qarabağdakı hava limanlarını AZAL-a vermək olmaz  – Zahid Orucdan sərt tənqid



 

“Azərbaycan vətəndaşının xaricə çıxışının yeganə nəqliyyat vasitəsi olan AZAL-ın biletlərinin qiyməti nəinki inhisarçı şirkətin vətəndaşlara ağır maliyyə yüküdür, eləcə də Hesablama Palatasının apardığı son auditdən göründüyü kimi, şirkətin borcu dövlətin iqtisadi təhlükəsizliyini təhdid edir”.

SeherXeber.org ” xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentdə 2023-cü il büdcəsinin müzakirəsi zamanı deyib.

Deputat qeyd edib ki, müasir hava limanı, son sinif təyyarələr, yanacaq və təchizatı hökumət tərəfindən təmin olunan kampaniyanın vəziyyətinə diqqət yetirin: “Auditdən sitat: COVID-lə bağlı dövlətin göstərdiyi yardımın 35,3 milyon manatı əvvəlki illərin öhdəlikləri, kapital qoyuluşları, qeyri-kommersiya xarakterli, lüzumsuz ödənişlər və cərimələr, qabaqcadan təsdiqlənən bölgüyə aid olmayan istiqamətlərə xərclənib. Bank kreditləri və digər borclanmalar 2022-ci il yanvarın 1-nə 2,1 milyard təşkil edir və nəinki likvidliyə, eləcə də dövlət büdcəsinə əsaslı təhdiddir. Beləliklə, alternativ beynəlxalq uçuşlar həyata keçirən şirkətlərin olmadığı bir məkanda vətəndaş təkcə bir istiqamətə - Türkiyəyə gürcü və ermənilərdən 3 dəfə baha uçur. Ona görə də Füzuli, Zəngilan və gələcək Laçın hava limanlarının idarəçiliyini AZAL-a vermək olmaz. Azad torpaqlarda hava limanları təkcə mülki deyil, həm də hərbi və təhlükəsizlik əhəmiyyəti daşıdığı üçün AZAL kompaniyasının hazırkı idarəçilik modeli dəyişməlidir”.

Mürtəza
SeherXeber.org