Xətai rayonun bir hissəsi işıqsız qaldı



 

Bakının Xətai rayonun bir hissəsində elektrik enerjisinin verilişi kəsilib.

"SeherXeber.org" xəbər verir ki, bu barədə oxu.az-a sakinlər məlumat veriblər. 

Bildirilib ki, artıq bir neçə saatdır Xətai rayonu, Lütfi Zadə 10 ünvanında işıq yanmır.

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin sözçüsü Vaqif Aydınoğlu açıqlamasında bildirib ki, ərazidə qəza baş verib:

“Hazırda qəza xidməti ərazidə çalışır. Yaxın saatlarda elektrik enerjisinin verilişi bərpa olunacaq”.