Heç kimin almaq istəmədiyi evin tükürpədən hekayəsi - FOTO



 

23 il əvvəl böyük Britaniyada, Uelsin Klaydek şəhərindəki evlərdən birində baş verən faciə hələ də açılmamış cinayətlərdən hesab edilir.

SeherXeber.org xarici KİV-ə istinadla xəbər verir ki, sözügedən evdə 34 yaşlı Mendi Pavr iki azyşlı qızı Keti və Emili və 80 yaşlı anası Doris ilə birgə yaşayırdı.
27 iyun 1999-cü ildə səhər saatlarında Kelvin küçəsi 9 nömrəsi evdə yaşayan Mendi, qızları və yataq xəstəsi olan anası çəkiclə döyülərək öldürülür. 
Cinayəti törədən şəxs daha sonra evi yandıraraq izləri itirməyə çalışsa da, yanğın qısa zamanda söndürülür.

Mendi Pavr qızları Keti və Emili ilə

347380

4 nəfərin öldürüldüyü cinayət hadisəsində şübhəlilərin sayı da olduqca çoxdur. Cinayətin əsas şübhəlilərindən biri bölgədə sevilməyən və dəfələrlə polisə dşmüş Devid Morris idi.
İddialara görə, Devidin Mendi ilə münasibəti olub və cinayətin törədildiyi gün aralarında mübahisə yaşanıb. Devidin Mendinin münasibətdə olmağa məcbur etdiyi, qarşı tərəfin razılaşmadığı və nəticədə Devidin əsəbləşərək evdəkilərin hamısını qətlə yetirdiyi düşünülürdü.

Devid Morris

347379

Digər bir versiyaya görə isə cinayəti törədən şəxs bölgədə uzun illər polis məmuru işləmiş Alison Levis, onun əri Stefen Levis və onun əkiz qardaşı Stüart Levis olub.
Belə ki, 2 uşaq anas olan Alison və Mendinin arasında sevgi münasibətləri olduğu iddia edilir. Alisonu şübhəli siyahısında olmasının səbəbi isə onun təqaüdə çıxdıqdan sonra reqbi ilə məşğul olması və döyüş sahəsidə özünü inkişaf etdirməsidir. 4 nəfərin çəkiclə döyülərək öldürülməsi də hadisələr arasında bağlılıq yaradır.

Alisonun həyat yoldaşının və qaynının hadisə günü qəribə davranışlar sərgiləməsi də cinayətdə əlbir olmaları ilə bağlı ehtimalları gücləndirib. 
Cinayətdən bir il sonra Alison və əri kifayət qədər sübut olmadığı üçün sərbəst buraxılıblar.

Bununla belə, ilk şübhəli Devid Morris cinayəti törətməkdə ittiham olunaraq həbs edilib. 23 il ərzində dəfələrlə məhkəmə qərarına etiraz edilməsinə baxmayaraq Devid azadlığa buraxılmayıb. O, bütün bu ilər ərzində bir dəfə də olsun cinayəti törətdiyini etiraf etməyib və ittihamları rədd edib. Devid Morris 2021-i ilin avqusutunda 59 yaşında həbsxanada vəfat edib.

Sözügedən cinayət hdisəsi ilə bağlı 2020-ci ildə BBC sənədli film hazırlayıb..

Morrisin həbs olunmasına baxmayaraq hələ də 4 nəfəri öldürən şəxsin kimiliyi dəqiq məlum deyil.
2003-cü ildə 4 nəfərin qətlə yetirildiyi ev 48 min sterlinqə satılsa da, evi alanlar burada heç cvür xoşbəxt ola bilmədiklərini deyərək yenidən satışa çıxarıblar.

Ana, qızı və qızının övladlarının yəni 3 nəslin öldürüldüyü bu cinayət o qədər böyük ajiotaj yaradıb ki, sözügedən ev illərdir satıla bilmir. Yeni üslubda təmir edilən ev 175 min funt sterlinqə satışa çıxarılsa da, alıcılar evin lənətli olduğunu düşünərək, buranı almaq istəmirlər.

Fidan

347382