Bu ölkə uçan taksilərdən istifadə etməyə hazırlaşır



 

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidəki hava limanları elektriklə şaquli qalxan və enən taksilər buraxmağı planlaşdırır.

“SeherXeber.org ” xəbər verir ki, bu barədə “Arabian Business” yazıb.

Mətbu orqanının yazdığına görə, bu məqsədlə Əbu-Dabi Hava Limanları İdarəsi Parisdə üç hava limanının sahibi və onu idarə edən Fransanın “Groupe ADP” şirkəti ilə anlaşma memorandumu imzalayıb. Onlar birlikdə elektriklə şaquli qalxma və eniş (eVTOL) avtomobillərinin potensialını araşdırmağı planlaşdırırlar.

“Abu Dhabi Airports” və “Groupe ADP” Abu Dabidə “Advanced Air Mobility” elektrik taksiləri üçün yerüstü infrastrukturun birgə planlaşdırılması, dizaynı, inkişafı və istismarında iştirak edəcək”, - şirkətin açıqlamasında deyilir. Uçan elektrik taksilərinin istifadəyə verilmə vaxtı dəqiqləşdirilməyib.

Mürtəza
SeherXeber.org