Rusiyada səfərbərlikdən qaçanlar indi də bu üsula əl atır



 

Rusiya Prezidenti Vladimir Putinin ötən həftə ölkəsində səfərbərlik elan etməsindən sonra on minlərlə rus Ukraynada döyüşməkdən yayınmaq üçün başqa ölkələrə qaçıb.

"SeherXeber.org" xarici KİV-ə istinadla xəbər verir ki, ölkədən qaça bilməyən ruslar isə müharibəyə getməmək üçün başqa yollara əl atmağa başlayıb.

Belə ki, son günlər Rusianın müxtəlif ərazilərində yaşayan bəzi gənclər müharibəyə getməmək üçün qəsdən qol və ayaqlaını sındırmağa başlayıb.

Bu cür hallardan bir neçəsinin videosu sosial şəbəkələrdə qısa zamanda viral olub.

Səfərbərliyə çağırılan gənclərdən biri dostunun əlinə daş çəkicini verərək, ondan qolunu sındırmasını xahiş edib. Digərinin dostu isə gənc oğlanın üzərinə tullanaraq onun ayağını sındırıb.

Sözügedən görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Fidan