İran Türkiyəyə qaz nəqlini dayandıracaq



 

İrandan Türkiyəyə təbii qazın nəqli oktyabrın 9-dək dayandırılacaq.

SeherXeber.org ” xəbər verir ki, bu barədə Türkiyənin BOTAŞ şirkəti açıqlama yayıb.

Bildirilib ki, İran-Türkiyə Təbii Qaz Boru Kəmərində aparılacaq planlı yoxlama və təftiş işləri ilə əlaqədar olaraq Gürbulak giriş məntəqəsindən təbii qazın nəqli paylayıcı şəbəkə ilə 8 gün mümkün olmayacaq.

Şirkət planlaşdırılan cari təmir-bərpa işləri zamanı ölkə elektrik verilişi şəbəkəsində tələb-təklif balansı ilə bağlı problemin olmayacağını da qeyd edib.