Paşinyan: Bu ölkələrin Qarabağ barədə bəyanatları açıqdır



 

“Nə Moskva, nə Brüssel, nə də Vaşinqton Qarabağı müstəqil və Ermənistanın bir hissəsi kimi tanımağa hazırdır”. 

“SeherXeber.org ” xəbər verir ki, bunu Ermənistan Baş nazir Nikol Paşinyan deyib.

“Biz bu faktı etiraf etməliyik. Adıçəkilən ölkələr beynəlxalq nöqteyi-nəzərdən Qarabağın Azərbaycanın bir hissəsi olduğu barədə bəyanatlar veriblər. Və bu bəyanatlar açıqdır. Məgər bu yeni xəbərdir?”, - Paşinyan qeyd edib.

Mürtəza
SeherXeber.org