Ermənistanda daha bir əsgər ölümü

Ermənistanda hərbi hissələrdən birində müddətli hərbi qulluqçunun cəsədi aşkar olunub.
"SeherXeber.org" xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, 2003-cü il təvəllüdlü Qraçya Karamyan aldığı güllə yarasından ölüb. Bununla belə, insidentin səbəbi hələ ki bəlli deyil və faktla bağlı araşdırma aparılır.