Baydendən Putinə xəbərdarlıq: Cəzasız qala bilməz



 

ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinə xəbərdarlıq edib ki, o, “Ukrayna torpaqlarını ələ keçirməklə qurtulmayacaq”.

SeherXeber.org ” xəbər verir ki, Baydenin sözlərinə görə, onun administrasiyası Ukraynanın ilhaq edilmiş ərazilərini güc yolu ilə geri almaq cəhdini dəstəkləyəcək və gələcək hərbi əməliyyatlar üçün zəmin yaradacaq.

“Amerika və onun müttəfiqləri Putinin və onun ehtiyatsız sözlərindən, təhdidlərindən qorxmayacaqlar” - Bayden qeyd edib. O əlavə edib ki, Putin “qonşunun ərazisini ələ keçirib cəzasız qala bilməz”.

“Amerika NATO-dakı müttəfiqlərimizlə birlikdə NATO ərazisinin hər qarışını müdafiə etməyə tam hazırdır”, - deyən Bayden əlavə edib ki, cənab Putin, onu səhv başa düşməsin: “İşğal edilən hər qarış torpaq geri alınacaq”.

Xatırladaq ki, sentyabrın 30-da Kremlin Georgiyevski zalında Ukraynanın dörd yeni ərazinin Rusiya Federasiyasının tərkibinə daxil olmasına dair sazişlərin imzalanması mərasimi olub.

Bir sıra Qərb ölkələri “referendum”un nəticələrini tanımadıqlarını bəyan ediblər və artıq ABŞ və Böyük Britaniya bununla bağlı Rusiya Federasiyasına qarşı sanksiyaları genişləndirib.

Mürtəza
SeherXeber.org