Kişilərə ətək geyinməyə icazə verildi



 

Avropanın ən böyük aviaşirkəti "Virgin Atlantic" ekipaj üzvlərinə geyim vasitəsilə cinsi kimliklərini ifadə etməyə icazə verib.

SeherXeber.org xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb.

Xüsusilə, indi bütün kişi stüardlar və pilotlar iş yerində ətək geyinə bilərlər, stüardessalar isə uçuşlarda "fərdiliklərini ifadə etmək üçün" kişi forması geyinə bilərlər. 2022-ci ilin may ayının əvvəlində "Virgin Atlantic" işçilərə artıq döymələrini gizlətməməyə icazə verib.

Nəşr onu da qeyd edib ki, indi sərnişinlər reyslərə bilet alarkən "cins" qrafasında gender-neytral mənsubiyyətini qeyd edə biləcəklər.