Yunanıstan - Azərbaycan matçının hakimləri bəlli olub



 

Futzal üzrə Azərbaycan millisinin Afinada Yunanıstana qarşı keçirəcəyi 2024-cü il dünya çempionatının əsas mərhələ oyununu idarə edəcək hakimlər açıqlanıb.

"SeherXeber.org" xəbər verir ki, görüş İsveçdən olan hakimlər briqadasına tapşırılıb. Matçın referisi Ademir Avdiçə David Qlavonyiç və Georgi Yansizian köməklik göstərəcəklər.

Görüşün hakim-inspektoru sloveniyalı Vilvo Boroşak, UEFA nümayəndəsi isə niderlandlı Artur Admiral olacaq.

Qeyd edək ki, oktyabrın 11-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.