Fransa çempionu 46 yaşında vəfat edib



 

Əlcəzair millisinin və Fransanın "İvri" komandasının həndbolçusu Ahmed Xacali dünyasını dəyişib.

SeherXeber.org xəbər verir ki, hücumameylli yarımmüdafiəçinin ölümünə onkoloji xəstəlik səbəb olub.

46 yaşında vəfat edən idmançı uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, Ahmed Xacali 2007-ci ildə "İvri"nin heyətində Fransa çempionu olub.