Novxanıda hoteldə yanır



 

Abşeron rayonunun Novxanı kəndində yerləşən hoteldə yanğın başlayıb.

"SeherXeber.org" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.