Azərbaycanın Baş Qərargah rəisi Gürcüstana gedir



 

Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev sabah Gürcüstanın paytaxtı Tbilisiyə səfər edəcək.

SeherXeber.org APA -ya istinadən xəbər verir ki, Kərim Vəliyev səfər çərçivəsində Gürcüstan Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşlər keçirəcək.

Məlumata görə, səfər çərçivəsində Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində müzakirələr aparılacaq.