Azərbaycanda işləmiş mütəxəssis Türkiyə klubunun baş məşqçisi təyin olunub



 

"Qarabağ" klubunda işləmiş türkiyəli mütəxəssis Önder Karavelinin yeni klubu bəlli olub.

SeherXeber.org ın məlumatına görə, 48 yaşlı mütəxəssis "Adanaspor"un baş məşqçisi təyin edilib.

Karaveli ilə imzalanacaq müqavilənin detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, Önder Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək "Qarabağ" klubunun akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olub. O, 2021-ci ilin sonundan 2022-ci ilin əvvəlinədək "Beşiktaş"da baş məşqçi vəzifəsini yerinə yetirib.