Futbol üzrə 2030-cu il dünya çempionatı İspaniya və Portuqaliyada keçirilə bilər.
SeherXeber.org xəbər verir ki, bu barədə UEFA prezidenti Aleksander Çeferin açıqlama verib.
Sloveniyalı funksioner 8 il sonrakı mundiala sözügedən ölkələrin ev sahibliyi edəcəyinə əmin olduğunu bildirib.
Qeyd edək ki, DÇ-2018 uğrunda mübarizədə Rusiyaya uduzan iki ölkəyə bu dəfə Argentina, Uruqvay, Çili və Paraqvay rəqib olacaq. Portuqaliyada indiyədək dünya çempionatı keçirilməyib.