Ulduz futbolçu döyüldü və evi qarət olundu



 

“Barsleona”nın hücumçusu Pyer-Emerik Obameyanqın evi qarət olunub.

SeherXeber.org xəbər verir ki, qarətçilər futbolçunu və həyat yoldaşını döyərək onun evindən pul oğurlayıblar. 

Soyğunçuların ulduz futbolçunu və həyat yoldaşını evdəki pul seyflərini açması üçün silahla hədələdiyi də bildirilib. 

Hazırda polis qarətçilərin axtarışındadır. Dəstənin 4 nəfərdən ibarət olduğu qeyd edilib.