“Mançester Yunayted”in portuqaliyalı futbolçusu Kriştianu Ronaldu məhkəməyə veriləcək.
Gənc azarkeşlərdən birinin anası futbolçunu məhkəməyə vermək niyyətindədir.
“Mən ədalətin təntənəsini görmək istəyirəm, çünki bu ədalət yoxdur. Mən onun əməlinə görə cavab verməsini istəyirəm”, - deyə qadın bildirib. Onun fikrincə, ədalətə nail olmağın yeganə yolu mübarizəni davam etdirməkdir.
Hadisə aprelin 9-da “Everton”la matçdan sonra baş verib. Ronaldu meydanı tərk edən zaman 14 yaşlı autizm xəstəsi azarkeşin əlindən telefonunu çıxarıb və telefon yerə düşüb. Bundan sonra futbolçu üzr istəyib. O, komandasının 0:1 hesablı məğlubiyyətindən üzüldüyünü qeyd edib. Həmçinin azarkeşi “Old Trafford”dakı matça baxmağa dəvət edib.
Ertəsi gün polis oyunçu ilə bağlı araşdırmalara başlayıb. Hüquq-mühafizə orqanları vurğulayıb ki, uşağın anası Ronaldunu oğluna hücum etməkdə ittiham edir.