Avropada təbii qaz bahalaşdı



 

Avropada təbii qazın qiyməti  artıb.

SeherXeber.org xəbər verir ki, Londonun “ICE Futures” birjasında təbii qazın qiyməti 2 100 dolları olub.

Bu isə cümə gününün bağlanış qiyməti ilə müqayisədə 1,6% artım deməkdir.

Buna səbəb tədarükçülər tərəfindən təklifin azlığı, Avropada yeraltı qaz anbarlarının doluluq səviyyəsinin aşağı olması və Asiyada sıxılmış təbii qaza olan tələbin yüksək olması olub.