Qırğızıstan XİN-dən Azərbaycan səfirliyinə hücumla bağlı - Bəyanat



 

Qırğız Respublikasının Xarici İşlər Nazirliyi avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyinə edilən hücumu və onun əmlakına qarşı törədilmiş vandalizm aktını qətiyyətlə pisləyir.

SeherXeber.org ” xəbər verir ki, bu barədə Qırğız Respublikası XİN məlumat yayıb.

“İnsidentin hərtərəfli və obyektiv araşdırılmasına, günahkarların məsuliyyətə cəlb olunmasına çağırırıq”, - məlumatda deyilir.